İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyun bir neçə kəndi internetsiz qalıb

597 23.03.2019 23:20 Ölkə A A

Goranboyun bir neçə kəndinə internetin ötürülməsi dayanıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bir neçə saatdır internet verilişində yaranan problem Qızılhacılı kəndi ərazisindən keçən fiberoptik kabeldə yaranan nasazlıqla əlaqədardır. Kabel xəttində yaranan problem Boluslu, Nərimanlı, Məşədi Qaralar, Eyvazlılar kəndlərini və daha bir yaşayış məntəqəsini internetsiz qoyub.

Qəzanın aradan qaldırılması üçün Gəncə Telekommunikasiya İdarəsindən mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Əldə olunan məlumata görə, proses sabaha kimi davam edəcək.

İnternetin ötürülməsində yaranan nasazlığın tam öyrənilməsi üçün ərazidə iş aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR