İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn il GUAM-ın hökumət və XİN başçılarının görüşləri nəzərdə tutulub

365 18.12.2017 22:31 Siyasət A A

Gələn ilin iyun-iyul aylarında GUAM ölkələrinin hökumət başçılarının, oktyabr ayında isə xarici işlər nazirlərinin görüşləri nəzərdə tutulub.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında GUAM-ın baş katibi Altay Əfəndiyev deyib.

Onun sözlərinə görə, görüşlərdə GUAM-ın inkişafı, üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və s. məsələlər müzakirə olunacaq.

GUAM-ın son bir illik fəaliyyətinə münasibət bildirən A.Əfəndiyev deyib ki, Gürcüstanın təşkilata sədrliyi dövründə bir sıra işlər görülüb, mühüm qərarlar qəbul olunub. Quruma üzv ölkələr arasında nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılması ilə bağlı iqtisadi, GUAM-ın beynəlxalq əlaqələrinin genişləndirilməsi, üzv dövlətlərin ərazi bütövlüyünün bərpasının vacibliyi ilə əlaqədar siyasi qərarlar bu sənədlərdəndir.

Baş katibin sözlərinə görə, bir neçə gün əvvəl nəqliyyat dəhlizinin yaradılması ilə bağlı işçi qrupun iclası keçirilib. Azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar isə davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR