İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdçü deputat Azərbaycan türklərinə ağır söyüş etdi - məhkəmə başlayır

19440 16.05.2014 21:15 Gündəm A A
Əsasən kürdlərdən ibarət olan HDP (Halkların Demokratik Partisi) liderlərindən biri, son bələdiyyə seçkilərində bu partiyanın İstanbul bələdiyyə başqanlığına namizədi Sırrı Süreyya Önder Azərbaycan türklərini təhqir edib. Bu barədə müsavat.com-a Ankarada yaşayan soydaşımız, Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin yönəticilərindən olan Zaur Bayramlı məlumat verib. 

Onun sözlərinə görə, Sırrı Süreyya Önder bu günlərdə təxminən 400.000-ə yaxın təqibçisi olan facebook səhifəsində Güney Azərbaycanın Urmiyə gölünü Doğu Kürdüstan gölü və Güney Azərbaycanın qərb hissəsindəki torpaqları Doğu Kürdüstan torpaqları olaraq təqdim edib. 

Buna isə Güney Azərbaycan fəallardan etirazlar gəlib. Belə etirazlardan biri də Azərbaycan Milli Dirəniş Təşkilatının təmsilçisi, Ankarada yaşayan Güney Azərbaycan kökənli soydaşımız Məcid Cavadı tərəfindən edilib. M. Cavadı Sırrı Süreyya Öndere facebookdan mesaj yazaraq, Urmiyənin Kürdüstan yox, Güney Azərbaycan ərazisi olduğunu göstərib. Bunun əvəzində isə kürd siyasətçi tərbiyəsiz küçə söyüşü ilə cavab yazaraq, azərbaycanlıları təhqir edib və millətimizi “türkiyəlilərin əmri ilə hərəkət edən köpəklər” adlandırıb. 


Zaur Bayramlının müsavat.com-a dediyi məlumata görə, görə onlar bu facebook səhifəsinin Sırrı Süreyya Önderin özü, yoxsa bir başqası tərəfindən idarə edildiyini dəqiq bilmirlər: “Amma əminik ki, 385 min təqibçisi olan bir səhifə Önderin bilgisi xaricində fəaliyyət göstərə bilməz”, deye o, əlavə edib.

Z. Bayramlı GAMAC (Güney Azerbaycan Milli Azadlıq Cebhesi) Ankara təmsilçisi Mahbub Amrahinin artıq Sırrı Süreyya Önderin Güney Azərbaycan torpaqlarını kürd torpaqları kimi təqdim etdiyi və Azərbaycan türklərinin ünvanına səsləndirdiyi təhqirlərlə əlaqədar olaraq Cümhuriyət savcılığına (respublika prokurorluğuna) şikayət ərizəsi hazırladığını və bu günlərdə təqdim edəcəyini bildirdi. Xatırladaq ki, Mahbub Amrahi bir neçə ay əvvəl də “Möhtəşəm Yüzıl” dizisini Səfəvi dövlətini fars dövləti olaraq təqdim etdiyi üçün məhkəməyə vermişdi.



 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR