ƏKRƏM ƏYLİSLİYƏ BƏRAƏT VARMI...
BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 21 Fevral 2013 09:57
ƏKRƏM ƏYLİSLİYƏ BƏRAƏT VARMI...

Təkcə şəxsiyyət yox, millət də həqarətlərdən qorunmalıdır“Əkrəm Əylisliyə bəraət yoxdur və ola bilməz, onun bağışlanması da mümkünsüzdür...”

Yazıçı Əkrəm Əylislinin Azərbaycan xalqının milli heysiyyətini aşağılayan qalmaqallı “Daş yuxular”ı az qala bir aydır ölkə ictimaiyyətini gərginlikdə saxlayır və beynəlxalq miqyasda da fəal müzakirə mövzusudur. Əfsus ki, öz roman qəhrəmanından imtina edib, ictimai qəzəbi soyutmaq şansı olan yazıçı bu fürsətdən yararlanmaq istəmədi və haqlı olduğunda inadlı israr göstərməkdədir.

Hələ harasıdır, bu günlərdə Rusiyanın “Qazeta.ru” saytına müsahibəsində o, azərbaycanlıları ermənilərdən üzr istəməyə çağırıb. Yəni yazıçının ağılsız məntiqincə, separatçılıq, təcavüz və işğal qurbanları separatçılardan, təcavüzkarlardan, işğalçılardan üzr diləməlidirlər. Və bu təhqiramiz çağırış qanlı Qarabağ ixtilafının 25 illiyi və Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində edilir!
Belə görünür, Nobel mükafatı laureatı Orxan Pamukun rüsvayçı şöhrətinin çələngi yazıçıya lap əvvəldən rahatlıq verməyib və o üzdən onu türkiyəli həmkarının hay-küylü yolunu planlı şəkildə təkrarlamağa cürətləndirib. Təsadüfi deyil ki, Əkrəm Əylisli məlum romanı 2006-cı ildə, “erməni soyqırımı”nı etiraf edib, Türkiyə cəmiyyətini bu mifik cinayətə görə etiraflara səsləmiş Orxan Pamuk Nobel mükafatı aldıqdan dərhal sonra yazmağa girişib. Bəllidir ki, o zaman Türkiyədə Pamuk üzərində qurulan məhkəmə ciddi beynəlxalq təpki ilə üzləşdiyindən yazıçı yalnız çox da böyük məbləğdə olmayan cərimə ilə canını qurtarmışdı.
Əylisli də mahiyyətcə eyni yolu tutub. O, müxtəlif ölkələrin ictimaiyyətlərinə və yaradıcı ziyalılarına müraciət edərək “Daş yuxular” qalmaqalına qlobal xarakter verməyə, geniş beynəlxalq dəstəyə nail olmağa çalışır. Bu zaman o, əlbəttə ki, ən müxtəlif təltiflərə, mükafatlara, titullara, çələnglərə və dünya miqyaslı şöhrətə ümid bəsləyir.
Lakin türkiyəli həmkarı ilə müqayisədə Əylislinin milli xəyanəti yüz dəfə böyük və iyrəncdir. Məsələ ondadır ki, Orxan Pamuk 90 il öncəki hadisələri qələmə alıb və müasir Türkiyə cəmiyyətini artıq çoxdan tarixə çevrilmiş olaya görə etiraflara çağırıb. Bu mənada onun mövqeyində daha çox siyasət və hesab var idi, nəinki psixologiya və əxlaq.
Əkrəm Əylisli isə canlı bədəni kəsib: o, bütün faktları təhrif edərək düşməni yüksəyə qaldırıb, öz xalqını isə hələ tarixə çevrilməyə macal tapmamış hadisələrlə bağlı aşağılayıb - ölkənin 20 faizlik ərazisi hələ də erməni işğalı altında ola-ola, yüz minlərlə qaçqının problemi dura-dura, yeni müharibə, terror aktları və təxribatlar ehtimalı qala-qala, bu illərin ağrı-acısı və ermənilərin vəhşiliyi haqda həqiqətlər müasirlərimizin yaddaşında, hisslərində dipdiri yaşaya-yaşaya.
Bu səbəbdən Əylisliyə bəraət yoxdur və ola bilməz. Onu bağışlamaq da mümkünsüzdür. Hərgah, müdafiəçiləri hər halda, tapılıb. Və təkcə xaricdə yox - hansı ki, bir elə təəccüblü olmadı, - həm də ölkəmiz daxilində. Belə ki, “kultura.az” saytında on gündür Əylisli və romanının müdafiəsinə yönəlik petisiya üçün imza toplanır. Bu kədərli kampaniyada yalnız bir şey adamı ruhlandırır ki, neçə gündür imza atanları sayı artmır - bütöv Azərbaycan xalqının haqqını tapdamış yazıçının “haqqı”nı müdafiə edənlərin sayı 200 nəfəri keçməmiş qapanıb.
9 milyonluq xalq üçün bu, əlbəttə, çox xırda rəqəmdir. Yeri gəlmişkən, eyni vəziyyət Türkiyədə yaşanmışdı: o vaxt “Ermənilər, bizi bağışlayın!” kampaniyasının təşkilatçıları 75 milyondan çox əhalisi olan bir ölkədə cəmi bir neçə min imza yığa bilmiş, eyni zamanda ümummilli ittiham predmetinə çevrilmişdilər...
Əkrəm Əylisli olayı bu qəbildən qalmaqallara və təxribatlara qarşı dövlətimizin və cəmiyyətimizin hüquqi, psixoloji və metodoloji hazırlıqsızlığını mütləq olaraq üzə çıxardı. Cəmiyyətin və dövlət qurumlarının məsələyə reaksiyası nəinki gecikmiş, həm də tam qeyri-adekvat oldu. Sual yaranır: yad fikirliliyə qarşı artıq ömrünü çoxdan başa vurmuş, eybəcər və totalitar üsullarla (səs-küylü kampaniyalar, istehsalat toplantıları, zəhmətkeş məktubları, yazıçının kitablarının nümayişkaranə şəkildə yandırılması, ailə üzvlərinin repressiyası, ünvanına fiziki hədələr və s.) aparılan mübarizəni təkrarlamağa nə ehtiyac vardı?
XXI əsrdə bu kimi addımlar yolverilməz olmaqla bərabər, sözsüz ki, demokratiya və insan haqları prinsiplərini pozur, üstəgəl, əks effekt doğurur - ölkəni və onun xalqını dünya ictimaiyyətinin gözündən salır, dünya şöhrəti və dəstəyinin arzusunda olan, “saleh əməlli cəfakeş” rolunun həsrəti ilə yanan Əkrəm Əylislinin planlı maraqlarına işləyir. Halbuki, Ermənistanla bitməmiş müharibə vəziyyətində yaşayan, işğal altındakı ərazisi və bir milyonluq qaçqını olan ölkədə belə situasiyalara reaksiya üçün dəqiq metodoloji əsas və hüquqi baza olmalıdır.
Bizim Konstitusiya, qanunlar, götürülən beynəlxalq öhdəliklər insan haqlarını kifayət qədər reqlamentli şəkildə qoruyur (Onların gerçəkdə tez-tez pozulması ayrı söhbətin mövzusudur). Lakin əfsus ki, bizdə bütövlükdə millətin (xalqın) təhqirdən, şərəf və ləyaqətinin aşağılanmasından qorunma hüququnun qanuni müdafiəsində əməlli-başlı boşluq var. Azərbaycanın iki il öncə qəbul edilən Milli Təhlükəsizlik Konsepsiyası az qala bütün növ və formalı təhlükələri - ekoloji, ərzaq, informasiya, iqlim və s. özündə ehtiva edir. Halbuki, bütöv xalqın qlobal miqyasda aşağılanması, təhqir edilməsi, söyülməsi milli təhlükəsizliyə heç də kiçik təhlükə deyil.
Bir çox ölkələrin, o sırada elə qardaş Türkiyənin qanunvericilik praktikasında milləti (xalqı) təhqir eləmək, onun şərəf və ləyaqətini alçaltmağa görə böyük cərimələr, müxtəlif sanksiyalar, hətta cinayət məsuliyyəti nəzərdə tutan xüsusi maddələr var. Rusiyanın özündə son bir neçə ildə “rus xalqını aşağılamaq” ittihamı üzrə neçə-neçə məhkəmə prosesi keçirilib. Analoji məhkəmə prosesləri digər postsovet və Şərqi Avropa ölkələrində, həmçinin “Türk millətini təhqirə” görə xüsusi maddənin mövcud olduğu Türkiyədə qeydə alınıb. Çində, Tailandda və bir sıra Uzaq Şərqi ölkələrində isə milləti təhqirə görə 10 il həbs cəzası kəsilir.
Oxşar praktika Avropa Birliyi ölkələrində mövcuddur. Belə ki, bir sıra Avropa ölkələrində Xolokostun və ya “erməni genosidi”nin kriminallaşdırılması tarixi və etnik planda seçmə hal olsa da, milli hisslərin qorunmasının hüquqi formasıdır. Bir neçə il öncə Fransada Xolokostu inkar etdiyi üçün üzərində hay-küylü məhkəmə qurulan dünya şöhrətli filosof-professor, 80 yaşlı Roje Qarodini yada salaq - onu yalnız təbii ölümü təqibdən qurtardı. Bundan az öncə isə ingilis tarixçisi Xolokostu şübhə altına alan kitab yazdığı üçün analoji şəkildə mühakimə edilmiş, 5 il həbs cəzası almışdı.
Dünyanın müxtəlif ölkələrində dinin və dini hisslərin təhqirinə görə də məhkəmə prosesləri keçirilib. Məsələn, bir il öncə Vyana məhkəməsi professor Yelizabet Volfa İslam haqda təhqiramiz mühazirə oxuduğu üçün iki aylıq həbs və böyük məbləğdə cərimə kəsib. ABŞ-ın, digər demokratik dövlətlərin təcrübəsindən də nümunələr gətirmək olar...

***

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, insan haqqı qədər millət haqqının da müdafiəyə ehtiyacı var. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan üçün bu, xüsusi aktuallıq kəsb edir. Lakin aydındır ki, bu müdafiə kampaniyalarsız-filansız, Linç məhkəmələri olmadan - hüquqi, demokratik müstəvidə həyata keçirilməlidir.
“Daş yuxular” məsələsində hüquqi bazanın olmaması və ictimai həyatda analoji presedentə rast gəlinməməsi cəmiyyətdə yazıçının özü tərəfindən məharətlə istifadə edilən ən müxtəlif emosional və mövqe sapınmalarına gətirdi. Fikrimizcə, bu problemə incə şəkildə baxılmasının zamanı yetişib. Axı axmaq nümunə yoluxucu olur. Sabah öz vətənini, tarixini, millətini ələ salmağa həvəslənəcək yeni əkrəm əylislilər peyda ola bilər. Təkcə şəxsiyyət yox, millət də həqarətlərdən qorunmalıdır.


“Yeni Müsavat” qəzetinin analitik qrupu
ŞƏRHLƏR
ŞƏRH YAZ
Ilham
21.02.2013 / 10:58
Efsuslar olsun ki satqinlar hemise olub ve gelecekde de olacaq. Men "Das yuxular" i meqsedli sekilde yazilmis cizma-qarq hesab edirem. Neye gore bizim MTN bu meseleden vaxtinda xeber tutmayib? Nec olmasa MNT indi bu isle ciddi mesgul olmalidir. Men inaniram ki cox gizli meqamlari uze cixara bilerler. Televiziyada esirlikde olarken satqinliq etmis kecmis esirin mehkemesine baxmisiq. Meger Eylislinin yazdigi xalqa xeyanet deyi? Ne ucun onu muhakime etmirler? Bu yazi xarici xusisi xidmet orqanlarinin sifarisi ile yazilib ve vaxdi catanda dovriyyeye buraxilib. Elisli hansi uzle Azerbaycanda yasayib coreyini yeyir, suyunu icir? Bu xalq, bu torpaq, sehidlerimizin ruhu onu hec vaxt bagislamayacaq.
Orxan
21.02.2013 / 11:29
Bu sifarishli yazilarin chapina ne zaman son qoyulacaq?
asim
21.02.2013 / 14:30
Bu adama hansi adnan xalg wairi adi verilib .Ele evvelceden ermeniperest olubsa indiye geder goz yumulub .Ebleh canli yayimda bele demediki Garabag bizimdi.Bele adamlardan ne vetendas ,nede insan olar,Oz olkesine ,coreyine,milletine satgin cixanin gunahi hec o dunyadada bagishlanmaz.ALLAH ona agil versin
namiq
21.02.2013 / 14:40
Mən qazeta.ru-nu axtardım.amma belə bir müsahibəni tapa bilmədim.əgər müsahibə veribsə, keçidi də qeyd edərdiniz. sağ olun.
qasim
21.02.2013 / 14:55
Hakimiyet 20-il erzinde Qarabaqi qaytarmaq ucun ne edib,donqili qeneral paylamaqdan basqa hec ne yoxdur.Soumenlikle mesquldular
Javer
21.02.2013 / 15:00
Quduran hakimiyyətin tutan şairi olması təbiidir.
Ramin
21.02.2013 / 20:09
Xeberleri cox uzun yazirsiz, oxucularin vaxtina qenayet olaraq meqalenin qisa mezmununu yazmaq daha yaxsi olardi.
ilqar
21.02.2013 / 20:59
Ekrem Eylisli bize boyuk bir leke vurdu.Ermeniler bundan sonra hemise bu eserle bizi vuracaqlar.Men muxalif yonlu vetendasam.Ekrem bey muxalifetde temsil olunurdu.O bu hereketi ile muxalifetde dayanan yoldaslarinida zerbe altinda qoydu.
saleh
21.02.2013 / 21:07
siz hansi milletden danisirsiniz basinizi yorqanin altindan cixarib bir olkeye baxin bizim millet kimi formalasmaqimiza hele cox var bu memurlarlla umumiyyetle mumkun olmayacaq
Kamal
21.02.2013 / 22:20
Musavat gezeti olarag bu geder feodal dushunceye malik olmaginiza ehtiyac yoxdur. Resulzadenin manshetinizde verdiyiniz shuariyla burada yazdiglariniz hec ust-uste dushmur. Bir yaziciya garshi bu geder de fashistcesine bi tavr gostermeyniz Sizleri zamaninda yazar ve shairlerin bashlarini yeyen diktatorlardan hec ne ile ferglendirmir. Tarixin zibillikleri insanlari ziyalilar uzuerine gishgirdan feodal-patriarxal dushunceli hokmdarlarla doludur. Gurtarin bu biabirciligi. Ekrem Eylisi her sheyi ile taride galacag. Amma bu gun insanlar Mushfigi, Cavidi, Ehmed Cavadi "VETEN" yolunda gurban vren gelem ehlinin uzune tupurdukleri kimi sabah da bu turlu yazilar yazanlarin tarixin iyrenc ve utanc getiren sehifelerinde galan simalarina tupurecekler. Hec olmasa Siz "Musavat" ideallarina sadig galarag shexsiyyet ve vicdan azadligini ayaglar altina atib tapdalayan feodallar crgesine goshulmayin. Soljenitsinin bir fikri var: "Eger sen sherfsizler cergesini terk ede bilmirsense, hec olmasa calish onun onde gedenlerinden olmayasa". Bu cur yazilarinizla ozunuzu Azerbaycanin intellektual kesiminin gozunden salmayin. Yoxsa Sizin de diger cebhede duranlardan ferginiz olmaz. Eminem ki, ne etdiyinizin farkindasiniz.
mister x
21.02.2013 / 22:28
Yazıda ermənilərə yas qurub ağlamaqdan başqa daha maraqlı məqamlar var. Əkrəm Ə. qələmi ilə çox gözəl yazılıb. Amma nədənsə arxa plandadır.Üzə çıxmır
Asif
22.02.2013 / 01:51
Beli var! 1)Xalqi ayaginin altina qoymaqla yaxin gelecekde Nobel mukafatina real namized oldu.Alasi olsa kisi olmayan erkeklerimiz onunla fexr edib qezetelerinde terifleyecekler. 2)Hokumet qarsisinda xidmet gostererek camaatin fikrini Ismayilli ve s. kimi hadiselerden yayindira bildi. 3)En esasi bu eblehin kimliyini bildik!
Vaqif Azəryar
22.02.2013 / 03:02
“Yeni Müsavat” qəzetinin analitik qrupu, analitik qabiliyyətinizi göstərin, əgər varsa. Bu yazıda analitik bir şey yoxdur. Eləcə şüarlardır, hökmlərdir. Siz bizim məhkəmələrin, TV-lərin metodu və diliylə niyə danışırsınız.
pirverdi
22.02.2013 / 11:29
.....
Elchin
22.02.2013 / 11:34
Ekrem heqiqeten de veten xainidi..Türkleri, İslami o ki var lenetleyir. Heqiqeten de belelerini redd elemek lazımdı..
rafiq
22.02.2013 / 12:44
iki nəfər mübahisə edirsə - günah ağıllıdadır.
rafiq
22.02.2013 / 12:54
iki nəfər mübahisə edirsə - günah ağıllıdadır
S-3
22.02.2013 / 15:53
BAĞIŞLAMAQ YALNIZ O HALDA OLAR Kİ, DAŞ YUXULARI YAZMAĞI ONA SİFARİŞ EDƏNLƏRİN KİMLİYİNİ AÇIQLASIN. ONDA MİLLƏTİMİZ YOLUNU AZMIŞ OĞLUNU BAĞIŞLAYAR VƏ HƏMİN SİFARİŞÇİLƏRDƏN DƏ ONU QORUYAR.
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2013