İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı deputat: "Makronun çıxışı gecikmiş cavabdır"

672 11.12.2018 20:40 Gündəm A A

“Makron xalqı təhqir edərək yaralılar barəsində bir söz belə demədi”.

“Report” Fransada çıxan “Liberation”a istinadən xəbər verir ki, bunu Fransa parlamentinin üzvü, Fəth Edilməyən Fransa Partiyasının lideri Jan-Lük Melanşon Prezident Emmanuel Makronun dekabrın 10-da televiziya vasitəsilə xalqa müraciətini tənqid edərkən vurğulayıb.

“Makron zamanı səv salıb. O, aztəminatlı vətəndaşları, işsizləri, qismən işlə təmin olunanları, təhsil alan gəncləri unudub”, - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, ölkə üzrə etiraz aksiyası davam edəcək: “Vətəndaş inqilabı daha böyük olacaq”.

Parlamentdəki Sosialistlər fraksiyasının lideri Valeri Rabo prezidentin çıxışını “gecikmiş cavab, xülya” adlandırıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına etiraz aksiyası keçirilir. Dekabrın 10-da Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciət edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR