İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

1144 21.01.2018 19:15 Dünya A A

Fransa Afrindəki hadisələrdən sonra Suriyadakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili yığıncağının çağırılmasını istəyib.

“Report” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

"Suriya: Ğuta, İdlib, Afrin — Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir", - deyə nazir "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, şənbə günü səhər o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

Diplomat qeyd edib ki, Fransa atəşin dayandırılmasını və Suriyaya maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaradılmasını təkid edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR