İnsanlara hürriyət, millətlərə istiqlal!

O günlərin fotosu: Bir zamanlar bir-birinə ''komutanım'' deyərdilər

19995 18.07.2016 14:33 Foto fakt A A
Dünənə qədər sıralarında bu sətirlərin müəllifi də olmaqla oxucuların 99,9 faizi bu şəkildəkilərin yalnız birini - prezident Ərdoğanı tanıya bilərdi.

Bəlkə bu gün də çoxları prezidentin sağındakı generalı tanımır, ancaq indi onu tanıyanlar bir neçə gün öncəkindən qat-qat çoxdur.

Bu, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edərək yüzlərlə insanın ölümünə və yaralanmasına, minlərlə insanın həbsinə səbəb olan general Akın Öztürkdür.
 
Bu gün o, artıq general da deyil, rütbəsi sökülüb, mundiri əlindən alınıb. İndi o, adi zolaqlı yay köynəyində bir gəbsxana hücrəsindədir. Üstəlik, adamın qulağını kəsiblər, işgəncəyə məruz qoyublar.

Bu şəkil isə bir neçə il öncəyə aiddir. Bir neçə il öncə bu şəxs müxtəlif bəhanə və səbəblərdən ordudan kənarlaşdırılan generalların tutmalı olduğu vəzifəyə gətirilib. 


Son günlərə qədər o, prezidentin sadiq generallarından biri sayılırdı. 

Bir ay on beş gündən sonra istefaya çıxacaq, general təqaüdü ilə, general malikanəsində yaşamağa başlayacaqdı. 


İndi isə onu məchul bir gələcək gözləyir. Edam edilməsə də, qocalığı məhbəs divarları arasında keçəcək, güman ki, ölümü də məhbəsdə olacaq.

Bir zamanlar onlar yaxın adamlar idi, indi düşməndirlər. 

Siyasi arenada dostluqla düşmənçiliyin arasında məsafə doğrudan da çox qısaymış.

N.Asifli


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR