İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - viranə sahibəsi

5336 21.05.2016 08:37 Foto fakt A A
Məsələdən hali olmayan adam bu şəkilə baxar, elə bilər, bura Nepaldır, evi zəlzələ dağıdıb. Bir başqası da buranı Yaxın Şərqin göydən bomba tökülən ölkələrindən biri hesab edər. 

Amma bura Bakıdır. Bu şəkil dünən Bakının mərkəzində çəkilib. 

Şəkildə görünən xanım daşı daş üstündə qalmayan bu viranənin sahibəsidir. 

İndi onun heç nəyi yoxdur - nə evi, nə avadanlığı. Heç ayağının altındakı torpaq da onun deyil, o torpaq satılıb və alınıb. Bu xanıma qalan bircə bu samovardır, onun da yarısı yoxdur. 

İndi o fakt qarşısındadır, evinə görə verilən kompensasiya ilə razılaşmalıdır. "Bu azdır, ev almağa çatmır, kifayət qədər olmasa evimdən çıxmayacam" deyə bilməyəcək. Ev yoxdur axı.

İndi onun gücü yalnız qışqırmağa, şikayət etməyə, ağlamağa, mediadan dəstək istəməyə çatır. 

Onun evini buldozerin qabağına verib uçuran məmurlar beyinlərində yeddinci villalarının çertyojunu çək-çevir edə-edə yuxuladıqları vaxt, bu qadın, kim bilir, hara sığınacaq, kimə pənah aparacaq. 



Bu, haqsızlığın, ədalətsizliyin, zorakılığın şəklidir.

Özbaşınalığın fotosudur bu, məmur özbaşınalığının. 

Bu mənzərə yazılmış və yazılmamış qanunların işləmədiyini göstərir. 

Gördüyünüz bu dağıntı-söküntü bir gün burdan yığışdırılacaq, yerində nəsə bir abadan tikili bərqərar olacaq. 

Ancaq o tikili onu tikənlərə xoşbəxtlik gətirəcəkmi? O, bu xanımın göz yaşlarının üstündə tikiləcək, həmişə nəm verəcək...

N.Asifli
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR