İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – qonşuların konuşması

3399 09.08.2016 18:44 Foto fakt A A

Diqqətlə baxsaq, həmsöhbətlərin üzündə gərginlik sezərik. 

Bu, əbəs yerə deyil. Ortada gərgin günlər, stressli aylar yaşanıb. Bu iki dövlət başçısı müharibənin bir addımlığında olublar.

Hətta bir addım uzaq qalır, ötən ilin sonunda onlar müharibənin bir düyməlik məsafəsində idilər.

Ancaq bu şəxslər müdrik qərar qəbul etdilər, hər iki ölkə, eləcə də region üçün apokalipsis səciyyəsi daşıyacaq savaşdan imtina etdilər.

Odlu savaş olmadı, soyuq və sözlü savaş oldu. Nəticədə hər iki ölkə milyardlar itirdilər. 

Putin və Ərdoğan bir-birini görməz oldular, Rusiya və Türkiyə bir-birinə düşmən kəsildilər. 

İndi üzlərdəki gərginlik son 9 ayın gərginliyidir.

Ancaq bu görüş baş tutubsa, liderlər əl tutuşubsa, demək, hər şey artıq yaxşılığa doğrudur.

Bütün anlaşılmazlıqlar çözüləcək, ticarət davam edəcək, hər iki ölkənin iqtisadiyyatı tənəzzüldən qurtulacaq. 


Bu fotoda Azərbaycanın əksi yoxdur, amma bu mənzərənin alınması məhz Azərbaycanın əsəridir. 

Bir tərəfdə bu iki lideri dalaşdırmaq, bir-birinə qırdırmaq istəyən Avropa və ABŞ vardı, o biri tərəfdə isə onları barışdırmaq istəyən Azərbaycan. 

Bu iki şəxsin, eləcə də onların təmsil etdiyi dövlətlərin dost, mehriban olması Azərbaycanın yararınadır. 

Biz onların hər ikisinin dilini yaxşı bilirik – həm birbaşa, həm də məcazi mənada.

N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR