İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: qatilin və onun qurbanının ayaqqabısı...

7777 20.12.2016 10:30 Foto fakt A A
Şəkildə iki aya, iki ayaqqabı görürsünüz. Bunlardan biri dünən Türkiyədə qətlə yetirilən Rusiya səfirinə, Andrey Karlova aiddir. O biri isə onun qatili Melut Mərt Altıntaşa məxsusdur. 

Qatilin ayaqqabısı bahalı və təzədir, səfirin ayaqqabısı isə kifayət qədər geyilib, nimdaşlaşıb, diqqətlə baxanda artıq yırtılmağa başlayıb. 

Səfirlə adi polis məmurunun maaşları, maddi imkanları arasında 10 dəfəyə qədər fərq olduğunu yəqin ki, bilirsiniz. 


Özü də cənab Karlov təxminən qatilinin yaşında olduğu vaxtdan diplomatik vəzifələrdə çalışır, daima maddi baxımdan təminatlı olub. Ondan 40 yaş balaca qatil isə hələ indi-indi bahalı ayaqqabı geyməyə başlayırdı.

Bu durum göstərir ki, səfir Karlov təmtərağa, komforta o qədər də fikir verən adam olmayıb. Bunu onun zirehli maşında gəzməməsi, mühafizəçilər briqadasından istifadə etməməsi də göstərir. 

Əslində isə bu ranqda bir diplomat, xüsusilə də Rusiya kimi çoxdüşmənli, qüdrətli bir dövləti təmsil edən səfri həm mühafizəçilərsiz, həm də bu cür ayaqqabıda gəzməməliydi.


Ancaq bir o deyil, Avropada bir çox dilomatlar və deputatlar illərlə eyni kostyumda, ayaqqabıda gəzirlər. Onların bank hesabındakı məbləğin miqdarı bəzən 6 rəqəmli olur, ancaq onlar belə xırda şeylərə böyük önəm vermirlər.

Görünür, səfir Karlov da onlardan biri imiş. 

Xatırladaq ki, Türkiyə mediası da bu mənzərəyə diqqət yetirib, səfirin sadə bir adam olduğuna vurğu edib.

N.Asifli, Musavat.com
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR