İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - maşına əşya yükləyən baş nazir

9515 13.07.2016 16:55 Foto fakt A A
Bu, Böyük Britaniyanın sabiq baş naziri Devid Kemerondur. 

Gördüyünüz kimi, Kemeron yır-yığış hayındadır, dövlət rezidensiyasındakı şələ-küləsini maşına yükləyib evinə aparır. 

Burada Azərbaycan insanına maraqlı və qəribə gələn detal ondan ibarətdir ki, Kemeron öz əşyalarını yük maşınına özü yükləyir. 

Bizim ölkədə nəinki baş nazir, nəinki hansısa nazir, nəinki komitə sədri, xidmət rəisi, prokuror, hakim, hətta adi məktəb direktoru, MKTİ rəisi öz vəzifəsindən çıxandan sonra harasa köçəsi olsa, hansısa əşyanı əllərinə alıb yük maşınına qoymaz. 

Bizimkilər vəzifədən çıxandan sonra uzun müddət heç adam arasına çıxmır, dərin depressiyaya düşür, bəzən isə ordan bir neçə il çıxa bilmirlər. 


Kemeron isə bu işi həvəslə görür. Artıq o, baş nazir deyil, amma hiss olunur ki, bu yenilik onun ovqatına o qədər də pis təsir etməyib. Heç səhhətinə də təsir etməyəcək, onu infarkt edib yataqlara salmayacaq. 

O cəmiyyətlərdə yüksək dövlət vəzifələri ölüm-qalım məsələsi deyil. İnsanlar yüksək vəzifələrə gəlirlər, faydalı olduqları qədər işləyirlər, amma görəndə ki, həll edə bilməyəcəkləri müşkülə düşüblər, sakitcə ortadan çəkilir, əşyalarını yük maşınına yükləyib gedirlər.

Xatırlayırsınzsa, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də belə bir fotosu vardı. O da əşyalarını özü qablaşdırmışdı və maşınına yükləyib getmişdi. 

N.Asifli


 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR