İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: iki pıçıldaşma, iki boylanma...

4980 09.09.2016 16:00 Foto fakt A A
Bir haşiyədə birləşdirilmiş bu iki foto eyni liderlərin iştirak etdiyi iki sammitdə çəkilib. 

Şəkillərin çəkilmə anı arasında bir il fərq var. Ancaq mənzərələr arasında fərq böyükdür, paradoksaldır.  

Birinci şəkldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə pıçıldaşır və onlardan bir az aralıda olan Rusiya prezidenti Vladimir Putin onlara tərəf boylanır.

İkinci şəkildə Ərdoğan Putinlə pıçıldaşır, Obama onlara sarı boylanır. 

Almaniyanın federal kansleri Angela Merkel hər iki şəkildə təxminən öz yerində, mərkəzdədir. O biri liderlər də eləcə. 

Hər iki şəkli maraqlı edən isə bu üç liderdir: Obama, Putin və Ərdoğan. 

Belə görünür ki, hər iki şəkildə mərkəzi fiqur Ərdoğandr. O 2015-ci ildə çəkilmiş birinci şəkildə Obamanın yanındadırsa, 2016-cı ildə çəkilmiş ikinci şəkildə Putinin yanındadır. 


2015-ci ildə çəkilmiş şəkildə Putin onların pıçıldaşmasından rəncidədirsə, 2016-cı ilin şəklində Obama eyni səbəbdən əndişəlidir. 

Aydın məsələdir: ABŞ və Rusiya 70 ilə yaxındır ki, barışmaz düşmənlərdir. Son illərdə isə Türkiyə onların arasında qalıb. Tərəflərdən hansıyla dost olmaq istəyir, uğursuzluğa düçar olur. 

Gerçəkdən də düz deyirlər: siyasətdə bədi dostlar və əbədi düşmənlər yoxdur, əbədi mənafelər var...

N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR