İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Bir ölkə, altı prezident

1842 21.01.2017 21:58 Foto fakt A A
Bu şəkildəkilərin hamısı prezidentdir. Hamısı da eyni ölkənin. ABŞ-ın. 

Bu ölkədə "eks-prezident" deməyi sevmirlər, üzünə qarşı "prezident" deyirlər, arxasınca "-cü (cı, ci) prezident", yəni nömrəsiylə.

Bunlardan biri 44-cü, biri 43-cü, biri 42-ci, biri 41-ci, biri isə 39-cu prezidentdir. 40-cı prezident, Ronald Reyqan 2004-cü ildə vəfat edib.


Şəkildəkilər isə sırayla bunlardır: Corc Buş (ata), Barak Obama, Corc Buş (oğul), Bill Klinton və Ceyms Karter.

Onlar dövlət üçün ən təntənəli günlərdə bir arada olur, söhbətləşirlər.

Qayda budur. ABŞ prezidentləri bir-birindən xoşlanmaya bilərlər, amma düşmən olmazlar, bir-birinin dalınca sərt danışmazlar. 

İndiikdə bu şəkildə görünməyənn yeni prezident Donald Tramp bu ənənəni pozacaqmış kimi görünür. Gələcək göstərəcək.

ABŞ bu ənənəsiilə, prezidentlərinin bu sayaq davranışı ilə güclüdür. 

Əgər Tramp nə vaxtsa müşkülə düşsə bu beş prezidentdən ona mütləq kömək edən biri, ikisi olacaq.

N.Asifli





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR