İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - Bar-bar gəzən oğlanın süpürgəsi

12368 11.02.2016 17:21 Foto fakt A A
Bu, o oğlandır, bir neçə həftə öncə öz hərəkəti ilə ölkənin xəbər gündəmini zəbt edən oğlan, generalın qohumu olduğu deyilən gənc. 

Adı İsa, soyadı Əzizovdur. Deyirdilər, idmançıdır, atıb-tutan oğlandır, bir dəfə barda qız döymüşdü, axırıncı dəfə də yanacaqdoldurma məntəqəsində inzibatçını əzişdirmişdi.

İndi içəridədir, bu gün-sabah 30 sutkalıq inzibati həbs cəzasını bitirib azadlığa çıxacaq. 

Onu azadlıqda bu fotolarla qarşılayacaqlar. Bunu kim çəkib, bilinmir, amma niyə çəkib, aydındır.

Bu şəkilləri ona görə çəkiblər ki, onu içəridə necə sındırdıqlarını aləmə görk eləsinlər. 


Əslində, burada ayıb bir şey yoxdur. İtaliyanın baş naziri, "Milan" klubunun prezidenti olmuş Silvio Berluskoni də bənzər duruma düşüb, əlinə süpürgə götürüb, küçə süpürüb. Başqa milyonçu və dünya şöhrətli ulduzlar da məhkəmə tərəfindən layiq görüldükləri cəzanı bu cür çəkiblər.

Burda ayıb olan odur ki, vaxtında göylə getmək, "Ağanəzərəm, belə gəzərəm, çəp baxanı vurub əzərəm" demək lazım deyildi. 

Görünür, İsa Əzizovun fitvasını lap yuxarıda oturanlardan biri verib, deyib, onu süpürgə götürməyə vadar edin və şəklini çəkib yayın, qoy bir az havası alınsın.

Bəlkə də belə olmayıb, bu adi qaydadır, içəri düşən cəzasını bu cür çəkməlidir. Hər halda, bu, dostu acıdan, istəməyəni güldürən görüntüdür. 

N.Asifli


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR