İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün adamının fotosu: Kamran...

10452 08.10.2016 21:11 Foto fakt A A
Bu şəkli bu gün Bakıda əməkdaşımız çəkib. 

Şəkildə gördüyünüz adam Azərbaycan millisinin və Potuqaliyanın "Boavişta" komandasının qapııçısı Kamran Ağayevdir. 

Bu gün Azərbaycan millisinin Norveç yığmasına qalib gələrək yazdığı tarixin ilk və son sətirlərini bu oğlan yazdı. 

İki həftə öncə o, sosial şəbəkədə lağlağı, istehza obyektiydi - "Boavişta"nın heyətində bir talesiz qol buraxmışdı, ona görə.

Sonrakı həftələrdə Kamran bir penalti dəf edərək və komandasını dəfələrlə qollardan xilas edərək birinci oyundakı "günah"ını yudu, bizim azarkeşlərin ona rişxəndi bir az azaldı.

Bizimkilər çox sərt və amansız idilər. Sosial şəbəkədə hey "qayıt, gəl, sən hara, Avropada futbol oynamaq hara" yazırdılar.


Budur, o, qayıdıb gəldi. Öz ölkəsində oynamağa klub tapmayan bu istedadlı qapıçı millimizin qapısında durdu və Azərbaycana qələbə gətirən 11 oyunçunun 1 nömrəsi olduğunu sübut etdi. 

Yaxşı oyunçularımızın qədrini bilək, tənqid, məzəmmət edək, amma tənə, rişxənd etməyək, onları yaralamayaq.

Halal olsun, vətən oğlu!

N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR