İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı şoka salan, “Pulitser” mükafatı almış fotolar və tarixçələri

9458 05.01.2016 00:15 Foto fakt A A
1942-ci ildən bəri ən yaxşı fotolara və foto portfolyo-larına verilən “Pulitser” mükafatı laureatlarının bəziləri ən unudulmaz fotolardan olur.

Məhz ötən 74 ilə damğa vuran, “Pulitser” mükafatı laureatı fotoşəkillərdən bəziləri:









Jack Thornelle 1967-ci ildə Pulitser qazandıran foto… Amerikadakı qaradərililərin səsvermə hüququ olmasını müdafiə edən aktivist James Meredith, vurulduqdan saniyələr sonra…

Əfsanəvi fotomüxbir Eddie Adamsın bu fotosunu görməyən yoxdur. 1969-ci ildə Pulitser qazanan bu fotoşəkil, Cənubi Vyetnamlı polis rəisi generalın, Vietkong generalını edamını göstərir.

Adrees Latif-ə mükafat qazandıran bu fotoşəkildə yerdə yatan yapon jurnalistinin, vurulmuş olmasına baxmayaraq hələ də video çəkməyə davam etdiyi görünür. Foto 2007-də Myanmada çəkilib.

2004-ci ildə çəkilən bu fotonun da içində olduğu 20 fotoluq portfolyo, Məhəmməd Muheisene sonrakı il Pulitser qazandırdı. Bağdadda yanan bir Humvee (hərbi maşın – ABŞ istehsalı) üstündəki iraqlı.

1944-ci ildə Pulitser qazanan Frank Ceynin bu fotosu, 2-ci Dünya Müharibəsi zamanı Cənubi Sakit Okeandakı Tarawa adasında çəkilib. 11 Noyabr 1943-cü ildə çəkilən fotoşəkildə Yaponiya nəzarətində olan bir adanın Amerika tərəfindən ələ keçirilməsi sonra öldürülən yapon əsgərləri var.

1951-ci ildə fotoqraf Maks Desfour-a Pulitser qazandıran foto… Kommunist Çin istilası sonrası Şimali Koreyanın Pyongyang şəhərindən, dağılmış körpünün qalıqlarını istifadə edərək qaçmağa çalışan insanlar…

1976-ci ildə Neal Ulevich tərəfindən çəkilən fotoşəkil 1977-ci ildə Pulitser mükafatı qazanıb. Banqokdakı Thammasat Universitetinin həyətində asılmış bir tələbə görünür. Tələbələr, keçmiş hərbçi olan dövlət başçısı əleyhinə çıxış etdiyi üçün, polis onlara belə bir şiddətlə qarşılıq verib.

2006-ci ildə Qərbi İordanda çəkilən fotoşəkildə israilli bir qadının İsrail təhlükəsizlik qüvvələrinə müqavimət göstərməsini görürük. Oded Balilty tərəfindən çəkilən fotoşəkil, İsrailin Ramallaha qonşu olan bir yaşayış məntəqəsini azad etmə qərarı verməsi nəticəsində, evini tərk etmək istəməyən israillilərin polisə qarşı müqaviməti...

Bu foto Co Rosenthal-a 1945-ci ildə Pulitser qazandırıb. Foto 2-ci Dünya Müharibəsinin ən məşhur və qanlı müharibələrindən birinin meydana gəldiyi Tokionun təxminən 1000km açıq olan Iwo Jima adasında çəkilib.

Horst Faas tərəfindən 19 Mart 1964-cü ildə çəkilən bu fotoşəkil, ona 1965-ci ildə Pulitser qazandırıb. Vyetnamlı bir fermer, ölü uşağının bədənini, onun ölümündən məsul olan Cənubi Vyetnam əsgərlərinə göstərərkən…

Ruandada Jan Mark Bouju tərəfindən 1994-ci ildə çəkilən fotoşəkil, Ruandalı üsyançılarla dövlət qüvvələri arasındakı toqquşma nəticəsində aclıq və xəstəliklə mübarizə aparan xalqın dramını ortaya qoyur.

MuhammadTurkmen.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR