İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütöv bir ulusun "Qarabağ"ı

11066 20.10.2016 22:15 Foto fakt A A
Bizə, artıq ikrahla yanaşdığımız futbolu bu komanda yenidən sevdirdi - "Qarabağ".

Bizi yenidən stadionlara bu komanda qaytardı - "Qarabağ". Onun sayəsində 30 min azarkeş bir araya gəlir, birdən səslənir.

Bizə Qarabağın unudulmaz olduğunu bu komanda təlqin etdi - "Qarabağ".

Bizə beynəlxalq arenada qələbənin dadını, nə olduğunu bu komanda yaşatdı.

Borçalı türkünü, göyçəlini, ordubadlını, lənkəranlnı, qubalını, bakılını, şirvanlını, qarabağlını bir araya bu komanda gətirdi - "Qarabağ". O, mahal komandası, rayon komandası olmadı, ulus komandası oldu.

Milyonlarla həmvətənimizin qürur yeri bu komandadır - "Qarabağ".

Onun missiyası təkcə futbol oynamaq, qələbə qazanmaq deyil. "Qarabağ"ın bir missiyası da var, bu, daha böyük missiyadır. O, bu xalqın əzmkarlıq mücəssəməsidir. 

Əslində futbol nədir ki? Futbol oyundur. "Qarabağ"ın oynadığı futbol təkcə oyun deyil, millət mücadiləsidir. 

Olur ki, "Qarabağ"ın rəqibinə gücü çatmır, uduzur, heç-heçə edir, amma millətin ona münasibəti dəyişmir. Çünki o, "Qarabağ"dır, ordu hissəsi kimi bir şeydir.

Bu gün "Qarabağ" yenə başımızı dik etdi, sinəmizi fərəhlə doldurdu. 

O, Azərbaycanın "Qarabağ"ıdır. 

N.Asifli
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR