İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN Şəkidə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

1048 20.03.2018 06:08 Kriminal A A

Fövqəladə Hallar Nazirliyi martın 19-da Şəkidə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

 

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR