İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev tikmək istəyənlərin nəzərinə: Torpaq bahalaşır - Video

1718 20.03.2018 04:52 İqtisadiyyat A A

Son günlər torpaq bazarında aktivlik müşahidə olunur. Hətta bəzi yerlərdə qiymətlər nisbətən qalxıb.

Əmlak ekspertləri Xəzər xəbər-ə açıqlamasında bildiriblər ki, son 2 ayıdır torpaq sahələrinin alınmasına maraq artıb və qiymətlər yanvar ayından etibarən 7 faizə qədər bahalaşıb.

Ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanıda müşahidə edilir.

Ekspertin bildirdiyinə görə, torpaq bazarında aktivliyin artmasının digər bir səbəbi də Bakıətrafı rayonlarda istixana və kiçik ferma təsərüffatlarına marağın artmasıdı.

Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub-olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq olur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR