İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla Belarus arasında “silah qalmaqlı” davam edir: “Paşinyan həmişə Putinin qarşısında…”

1347 17.12.2018 15:54 Region A A

Ermənistanın baş nazirinin mətbuat katibi Atom Yeqoyan Belarus prezidenti Aleksandr Lukaşenkonun Nikol Paşinyanın ünvanına səsləndirdiyi iradlara cavab verib.

Xatırladaq ki, Lukaşenko Paşinyandan nə üçün Rusiya prezidenti qarşısında Azərbaycana silah satılması məsələsini qaldırmadığını soruşmuşdu.

Nikol Paşinyanın mətbuat katibi “Armenpress” agentliyinə məsələ ilə bağlı bunları söyləyb: “Çox təəssüf ki, cənab Lukaşenko qapalı görüşlərin məzmununu açıqlamaq praktikasını davam etdirir. Üstəlik o, Ermənistan baş nazirinin hansı cavabı verdiyini demir. Nikol Paşinyan hər zaman Azərbaycana silah satılması məsələsini Rusiya prezidenti qarşısında qaldırıb. Ermənistan KTMT çərçivəsində üzv ölkələr tərəfindən qarşılıqlı müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparır”.

Qeyd edək ki, Aleksandr Lukaşenko yerli mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Paşinyana yönəlik “Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur. Bəs, niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?”, - kimi iradlı cümlələr sərf etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR