İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifəti İrəvanın mərkəzində növbəti aksiya keçirir

3324 19.04.2018 19:54 Son xəbər A A

 

Ermənistan paytaxtı Yerevanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən müxalifət yenidən mitinq təşkil edib.

APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, yağışa baxmayaraq, aksiyaya xeyli sayda etirazçı toplaşıb. Polis qüvvələri hökumət binasını güclü mühafizə etməkdə davam edir. Bundan əvvəl Serj Sarkisyan baş nazir qismində hökumətin ilk iclasını keçirib.

Aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.

 

*****

Yerevanda aprelin 19-da polisin tutduğu etiraz aksiyası iştirakçılarının sayı 100-ə çatıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin mətbuat xidmətinin əməkdaşı Edqar Canoyan bildirib.

“Saat 13.30-a olan məlumata görə, polis bölmələrinə yüz nəfər gətirilib”, - deyə o vurğulayıb.

***

Bu gün Yerevanda polisin həbs etdiyi etiraz aksiyası iştirakçılarının sayı 30-a çatıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı polis yayıb.

Bildirilib ki, aprelin 19-da aksiya iştirakçıları hökumət binasının korpuslarından birini mühasirəyə alıblar. Bundan sonra onlar Yerevanın küçələrində yürüş keçiriblər.

Qeyd edək ki, Yerevanda müxalifətçilərin etiraz aksiyasının keçirildiyi ərazilərə əlavə polis qüvvələri yeridilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxçayaraq apreıin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb. Deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR