İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçi gözündən güllələndi

821 17.12.2018 15:42 Region A A

Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan ordusunun hərbçisi güllə yarası alıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, yaralı hərbçi 16 dekabrda Xankəndidəki hərbi hospitala çatdırılıb.

Erməni mənbələri hərbçinin gözündən güllə yarası aldığını və vəziyyətinin kifayət qədər ağır olduğunu bildirib. Həkimlər hərbçiyə ilkin tibbi yardım göstəriblər. Hazırda onun İrəvandakı hospitala aparılması üçün hazırlıq görülür.

Adı açıqlanmayan erməni hərbçinin hansı şəraitdə güllə yarası aldığı barədə heç nə deyilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR