İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən etibarlı avtomobillərin adları açıqlanıb

1988 16.12.2018 01:48 Dünya A A

"Toyota" konserninin avtomobilləri dünyanın ən etibarlı avtomobilləri adına laiq görülüb.

Trend-in məlumatına görə, müvafiq reytinqi ABŞ-ın "CarMD" şirklətinin ekspertləri dərc edib.

Mütəxəssislər son 22 ildə istehsal olunan 5,6 milyon avtomobilin göstəricilərini analiz ediblər və hər marka üzrə mühərrikdə yaşanan probləmləri nəzərdən keçiriblər. Nəticə etibarı ilə, "Toyota" mühərrikləri ən yaxşı nəticə göstərib və ən "dözümlü" adına laiq görülüblər.

Reytinqdə ikinci yeri "Acura", üçüncü yeri isə "Hyundai" tutub. İlk beşliyə həmçinin "Honda" və "Mitsubishi" avtomobilləri də daxil olub. Ekspertlər həmçinin "Subaru", Buick", "Mercedes-Benz", "Lexus" və "Nissan" avtomobilərini də qeyd ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR