İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən bahalı mənzillər Səbayel və Nərimanovdadır - qiymətlər

4079 01.06.2018 10:10 İqtisadiyyat A A

Bəs görəsən, hazırda Bakıda ən bahalı mənzillər  və torpaq sahələri hansı rayonlardadır?

“Yeni Müsavat”ın sualını cavablandıran daşınmaz əmlak eksperti Nüsrət İbrahimov bildirdi ki, ümumi rayonları müqayisə etsək,  orta qiymət üzrə ən bahalı evlər Nərimanov rayonundadır: “Çünki Bakıda rayonlar elə yerləşir ki, bir ucu şəhərin mərkəzində olur, digər ucu isə gedib şəhər kənarına çıxır. Səbayel rayonunun da bir hissəsi şəhərin tam mərkəzini əhatə edir və orada mənzillər bahadır. Digər hissəsi isə Badamdar qəsəbəsinə, Şıxova qədər uzanır. O baxımdan rayonlar üzrə orta qiyməti hesabladıqda, ən bahalı mənzillər Nərimanov rayonundadır.

Torpaq bazarında isə ən bahalı torpaq sahələri Səbayel rayonundadır. Çünki bu rayonun bir hissəsi “Torqovı” deyilən əraziyə düşür, orada torpaq daha bahadır. İkinci yerdə isə torpaq üçün ən yüksək qiymət Nərimanov rayonundadır.  Məsələn, 100 kvadratmetrlik, orta təmirli bir mənzilin qiyməti Nərimanov rayonunda  orta hesabla 180  200 min  manat arasında dəyişirsə, Nəsimi rayonunda 170-185 min arasında dəyişə bilər. Yasamal rayonunda 100 kvadratmetrlik mənzilin orta qiyməti 155-160 min civarındadır.  Ən ucuz evlər isə Bakıərtafı qəsəbələrdə və şəhərdən uzaqda olan rayonlarda yerləşir. Hazırda ən ucuz mənzil və torpaq sahələri Qaradağ rayonundadır. Çünki orada bəzi qəsəbələrin infrastrukturu tam qurulmayıb, kommunal problemlər var, evlər əsas yoldan çox kənarda yerləşir. Bu baxımdan həmin ərazilərdə qiymət çox ucuzdur».

Nüsrət İbrahimov ile ilgili görsel sonucu

Yay aylarında mənzil bazarında qiymətlərin necə dəyişməsinə gəlincə, N.İbrahimov bildirdi ki, adətən may ayında və iyunun birinci dekadasında qiymətlərdə stabillik müşahidə olunur: “Lakin sonradan iyunun növbəti dekadalarından başlayaraq avqust ayının ikinci dekadasına qədər qiymətlərdə nisbi azalma müşahidə edilir. Ancaq avqustun sonundan başlayaraq kirayə bazarında canlanma yaşanır. Sentyabr ayında isə bazarda aktivlik artır. Son zamanlar sosial mənzillərin satışa çıxarılması da mənzil bazarına ciddi bir təsir göstərmədi. Çünki həmin mənzillərin alıcı kontingenti bu bazarla əlaqələri olmayan  bir qrupdur. Ona görə də onların bazara hər hansı təsiri hiss olunmur. Bakının bəzi rayonlarında köhnə binaların sökülməsi və əhalinin köçürülməsi prosesi isə əsasən kirayə mənzil bazarına təsir edir və qiymətlər artır. Kirayə bazarında 2015 və 2016-cı illərdə qiymətlər kifayət qədər düşmüşdü. 2017-ci ildən başlayaraq əvvəlki qiymətlər bərpa olunmağa başlayır”.

Ekspert hesab edir ki, Bakı mənzil bazarındakı qiymətlərə görə artıq əvvəlki qədər bahalı şəhər sayılmır: “2014-cü ilin sonuna qədər Bakı bahalı şəhər hesab olunurdu. Mənzil qiymətlərinə görə, Bakı Moskva, Riqa və Kiyevdən sonra 4-cü yerdə gəlirdi. İndi isə artıq 8-ci yerə düşüb, qiymətlər ucuzlaşıb».

Ramil Osmanlı ile ilgili görsel sonucu

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə “Yeni Müsavat”a açıqlamasında ən bahalı mənzillərin Səbayel rayonu ərazisində olduğunu vurğuladı: “Bu, artıq uzun illərdir dəyişməyən tendensiyadır. Şəhərin mərkəzi istər yeni, istərsə də köhnə tikililərdə olan mənzillərin qiymətlərinə görə ən bahalı ərazi sayılır. Səbayel rayonunda bahalı mənzillər ”Sahil" metro stansiyası ətrafından başlayır və Dəniz vağzalı ərazisinə qədər davam edir. Torpaq qiymətlərinə gəldikdə isə şəhərin müxtəlif ərazilərində torpaq sahələri olduqca bahadır. Mərkəzi və dənizkənarı ərazilərdə torpaqlar həddindən artıq baha satılır. Ancaq rayonlar üzrə müqayisə etsək, hazırda ən bahalı torpaq sahələri Səbayel, Nəsimi və Nərimanov rayonları ərazisində qeydə alınır. Səbayel rayonunun mərkəzi hissələri, Nəsimi rayonunun mərkəzə yaxın hissələri, Nərimanov rayonunun isə daha çox “Gənclik”, Fətəli xan Xoyski, Ağa Nemətulla, Atatürk prospekti, İnqilab, Həsən Əliyev və sair küçələrində torpaq bahadır".

R.Osmanlı onu da vurğuladı ki, yay ayları mənzil bazarı üçün xarakterik olan bir dövr deyil: “Payıza doğru qiymətlərin müsbət istiqamətdə dəyişəcəyi ehtimalı böyükdür. Kəskin bahalaşma olmasa da, nisbi qiymət dəyişmələri baş verə bilər”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR