İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Çölaşan və Necati Doğruya FETÖ ittihamı anlaşılmaz qarşılanır

736 11.12.2018 17:14 Media A A

Xəbər verildiyi kimi, Türkiyənin müxalif mövqeli “Sözcü” qəzetinin baş redaktoru Metin Yılmaz, yazarlar Emin Çölaşan, Necati Doğru, habelə qəzetin saytının şef redaktoru Mustafa Çetin və İnternet xəbər koordinatoru Yücel Arı haqqında Fəttullahçı Terror Təşkilatına (FETÖ) yardım etdikləri şübhəsi ilə cinayət işi açılıb.

İstanbul prokurorluğu tərəfindən hazırlanan ittiham aktında bəhs olunan şəxslərə 7,5 ildən 15 ilə qədər həbs cəzası istənilir. Akt İstanbul Ağır cinayətlər məhkəməsinə göndərilib və məhkəmə tərəfindən qəbul olunub.

İttiham aktında həm Emin Çölaşanın, həm də Necati Doğrunun 2012-ci ildən bu yana FETÖ təşkilatına birbaşa üzv olmasalar da, onlarla bilrikdə hərəkət edərək hökumətə qarşı fəaliyyətə olduqları göstərilib.

Konkret olaraq Emin Çölaşanın 2012-ci ilin dekabrın 24-də yazdığı “Bizim bacarmadığımızı Fetullah bacardı” yazısı, bundan iki il, yəni FETÖ-nün artıq terror təşkilatı kimi tanınmasından sonra 2015-ci ilin oktyabrın 29-da “İndi də camaatı müdafiə etmək zamanı” (FETÖ nəzərdə tutulur) başlıqlı məqaləsi aktın içinə daxil edilib.

Çölaşanın yazısındakı bu sətirlər ittihamda dəlil kimi göstərilib:

“Fətullah komandasının, yəni camaatın terrorla əlaqəli olduğuna heç vaxt inanmamışam. İndi də bazara FETÖ dedikləri bir terror təşkilatını gətiriblər. Camaatı yox etmək məqsədilə, heç bir səbəb olmadan mənasız bir təşkilat uydurublar. Heç kim bu dırnaqarası terror təşkilatının silahlı bir hadisəyə qarışdığını bilmir. Dövət sənədlərində, prokurorluq ittiham aktlarına belə bir sənəd də yoxdur. Taktika çox qəribədir. Hökumətə qarşı olanları terror təşkilaıt elan edəcəksən..”.

Emin Çölaşanın 16 may 2017 tarixində FETÖ üzvü olmuş və buna görə tutulan şəxs barədə “Bir ananın dramı “yazısı ittihamın göstərdiyi dəlillərdəndir.

Yazar Necati Doğru isə 2016-cı ilin iyulun 17-də yəni dövlət çevrilişindən 2 gün sonra yazdığı “Naylon (saxta-red.) dövlət çevrilişi” adlı yazısına görə istintaqa cəlb olunub.

Necati Doğru bu yazıda 15 iyul dövlət çevrilişinin qurama olduğu fikrini yaymaqda günahlandırılır.

"Sözcü" qəzetinin baş redaktoru Metin Yılmaz haqlarında qaldırılan bu cinayət işi ilə bağlı bütün ittihamları rədd edib. O, bu zamana qədər qəzetin FETÖ ilə mübarizənin önündə olduğunu, Uğur Dündar, Yılmaz Özdil, Necati Doğru, Sayqı Öztürk, Bekir Coşğun, Soner Yalçın kimi yazarların çalışdığ bir nəşr orqanına FETÖ damğası vurulmasının axmaqlıq olduğunu deyib.

Necati Doğru isə son ittiham aktını onları susdurmaq cəhdi kimi qiymətləndirib və bu ittihamın ona yaraşmadığını və yapışmadığını söyləyib.

basliksiz-5

Bəhs edilən yazarların vəkilləri İsmail Yılmaz və Cəlal Ülgen ittiham aktının heç bir hüquqi əsasının olmadığını iddia ediblər.

Tanınmış jurnalist, "Habertürk" qəzetinin yazarı Fatih Altaylı da yazarlar haqqında qaldırılımış cinayət işinin anlaşılmazlıqla qarşıladığını və işin FETÖ ilə mübarizəyə zərbə vuracağını bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR