İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Vəliyevin videosu yayıldı - iştahla yeyir, yeri yığışdırır... - Video

25218 25.08.2018 11:35 Son xəbər A A

Musavat.com-un elektron poçtuna göndərilmiş bu şəxsin Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyev olduğu bildirilir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və ya klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır. 

Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün. 

Hər halda belə bir video yayılıb və iddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir. Musavat.com bu videonu yayır və hansısa qənaətə gəlməyi oxucuların öhdəsinə buraxır.

P.S. Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev Musavat.com-a bildirib ki, yayılmış videodakı şəxs məhz Elmar Vəliyevdir və onun səhhəti artıq qaydasındadır. 

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR