İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Aqrar sığorta ilə əlaqədar iki qurumun yaradılmasına nə ehtiyac var?”

783 03.05.2019 15:34 Gündəm A A

“Aqrar sığorta bazarının inkişafını istəyiriksə, effektiv işlək mexanizm yaradılmalıdır. Elə etməliyik ki, büdcədən ayrılan vəsaitin 90 faizi sığorta şirkətlərində qalmasın, bu vəsaitin fermerlərə getməsinə nail olmalıyıq”.

Deputat Əli Məsimli bu fikirləri Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı söylədi. Onun sözlərinə görə, qanun layihəsi İspaniya modeli əsasında hazırlanıb, həm də Türkiyə təcrübəsi əsas götürülüb: “Ancaq Azərbaycanda fermer təsərrüfatlarının əksəriyyəti xırda təsərrüfatlardır. Ona görə də sığorta mexanizmi elə qurulmalıdır ki, sığortaçı ilə sığortaolunan arasında inamsızlıq aradan qalxsın”.

Ə.Məsimli bildirdi ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün sığorta şirkətləri bunda maraqlı olmayacaq: “Buna görə də dövlətin dəstəyinə ehtiyac var. Komitədə müzakirə zamanı məlum oldu ki, 3 il ərzində ümumilikdə 30 milyon manata qədər vəsaitə ehtiyac olacaq. Hər il üçün 10 milyon manat dövlət üçün böyük vəsait deyil. Ona görə də belə dəstək lazımdır. Ancaq qanun layihəsində sığortaçının, sığorta edilənin vəzifəsi aydın göstərilməlidir. Aqrar sığorta ilə əlaqədar iki qurumun - iadəredici qurumun və vasitəçi orqanun yaradılmasına nə ehtiyac var?”.

Ə. Məsimli qeyd etdi ki, əgər kəndliyə birinci il dəyən zərər obyektiv qiymətləndirilib ödənilməyəcəksə, ikinci il kəndli o torpağı əkməyəcək.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsləndirən təkliflərin qarşılığında dedi ki, qanun layihəsi Prezident Administrasiyasından gəldiyi üçün ilk oxunuşda ona düzəliş edilməsi mümkün deyil. Komitə rəhbəri növbəti müzakirələrdə əsaslı təkliflərin Administrasiya ilə məsləhətləşməklə nəzərə alına biləcəyini istisna etmədi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR