İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlinin separatçılarla iş birliyi Azərbaycana nə vəd edir...

7181 25.11.2017 09:30 Siyasət A A

“O, elə bir tipdir ki, şeytanla da əməkdaşlıq edər, təki pul olsun”

AXCP-nin inhisarında olan Milli Şuranın Azərbaycanda vətən xaini kimi tanınan şəxsləri öz sıralarına cəlb etməsi, onlarla yaxından əməkdaşlığa üstünlük verməsi sirr deyil. AXCP sədri Əli Kərimli usanmadan separatçılarla əməkdaşlığı davam etdirir və açıq şəkildə.

Əli Kərimli və onun çevrəsinin Azərbaycan dövlətçiliyinə qarşı çıxan, indi isə Avropadan dövlətimiz əleyhinə fəaliyyət şəxslərlə yeni əlaqələri aşkarlanıb. Məlum olub ki, hazırda Milli Şuranın Avropada əsas dayaqlarından biri Hollandiyada yaşayan, Azərbaycanda vətən xaini kimi tanınan Ataxan Əbilovdur. Ə.Kərimlinin dostu və tələbə yoldaşı olan bu şəxs həmin şəxsdir ki, Hollandiyada “Oyan” adında hərəkat yaradıb və bu hərəkat vasitəsilə Avropa fondlarından 350 min avro alaraq, Azərbaycan əleyhinə təbliğat aparır.

A.Əbilov 29 iyun 1965-ci ildə Masallı rayonunun Kubin kəndində anadan olub. Hazırda Niderland Krallığında siyasi mühacir qismində yaşayır.

O, 1992-ci ildə talış separatçıları tərəfindən yaradılmış “Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası”nın fəal üzvlərindən olub. Bu səbəbdən də 1993-cü ildə hüquq müəllimi işlədiyi BDU-dan qovulub. Əbilov  Azərbaycanın ərazı bütövlüyünü xaincəsinə parçalamaga çalışan, Əlikram Hümbətov tərəfindən yaradılan,  tanınmayan qondarma “Taliş Muğan Respublikasının” konstitusiya komissiyasının sədri olub. Eyni zamanda, Hümbətovun müavini də olub.

Onun xarici xüsusi xidmət orqanları ilə əlaqələri var və dəfələrlə onlardan müxtəlif məbləğlərdə maliyyə yardımı alıb. İddialara görə o, Milli Şura və Bakı müxalifəti ilə məhz xarici xüsusi xidmət orqanlarının tövsiyəsi ilə bağlıdır...

Image result for Ataxan Əbilov

A.Əbilov Azərbaycanı tərk etdikdən sonra Moskva şəhərində Rusiya dövləti ona ölkə ərazisində daimi yaşamaq hüququ və siyasi qaçqın statusu vermişdi. O, Rusiyada yaşadığı dövrdə Moskva şəhərində keçirilən  separatçı talış təşkilatlarının müxtəlif toplantılarında yaxından iştirak edib. 14 yanvar 2009-cu ildən Niderland Krallığına mühacirət edib və siyasi mühacir statusu alıb. Hazırda Hollandiyanın Amsterdam şəhərində yaşayır. Eyni şəhərdə yaşayan Hümmətovlarla və Azərbaycanın siyasi mühacirləri ilə yaxşı əlaqələrə malikdir.

Bir faktı deyək ki, hətta ötən il onun 50 illiyi ilə bağlı Kərimli bir təbrik yazmış, bunu da öz mətbu orqanı sayılan “Azadlıq” qəzeti və eyni adda fəaliyyət göstərən sayta vermiş və bununla çevrəsindəki millətçiləri də mat qoymuşdu.

A.Əbilovla bağlı belə faktlar saysız-hesabsızdır. Belə ki, onun sağ əli sayılan, Avropada yaşayan, özünü Milli Şura və AXCP-çi sayan Vüqar Niftəliyev adlı şərəfsiz ətrafındakı iki gənclə türk bayrağını ayaqları altına salaraq, foto çəkdirib facebookda paylaşıb.

Image result for BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a sərt açıqlamalar verdi: “Əli Kərimli elə bir tipdir ki, necə deyərlər, şeytanla da əməkdaşlıq edər ki, təki hakimiyyətə gələ bilsin, maddi qazanc əldə etsin. Azərbaycan dövlətini parçalamağa cəhd edən separatçı Əlikram Hümbətovun müavini olan Ataxan Əbilovun Əli Kərimli ilə isti münasibətlərinin olması, onların bu gün siyasi maraqlarının üst-üstə düşməsidir. Bir-birilərinə ona görə dəstək verirlər ki, ortada maliyyə var. Azərbaycan dövlətinin əleyhinə xaricdə yaşayan bir sıra şəxslərdən istifadə olunur. Bu adamlara əsas dəstəyi təbii ki, qeyd etdiyim kimi, dövlət müstəqilliyimizi sevməyən və onun zəifləməsində birbaşa maraqlı olan güclü erməni diasporu və lobbisi verir. Kifayət qədər maliyyə imkanları da olur, pul verirlər. Avropada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların apardığı fəaliyyət çərçivəsində bu adamlardan məharətlə istifadə olunur. Bunların da dövlətə təzyiq etmək mexanizmi bu yolladır. Ataxan Əbilov maliyyə qarşılığında bu cür fəaliyyət göstərir. 350 000 avronu boş yerə Ataxan Əbilova verməzlər. Separatçı Ataxan Əbilovun sağ əli olan Vüqar Niftəliyev təbii ki, türk bayrağını tapdalayacaq. Üstünə "erməni" yazılan köynək geyinəcək. Bunlar birbaşa türk adına nifrət edirlər. Türk dövlətlərinə patoloji nifrətləri var. Bu adamın da Milli Şurada olmasına çox təbii baxıram. İranda fars rejiminin ətrafında olan qüvvələr Milli Şura yarandığı gündən bu günə kimi onlarla əməkdaşlıq edirlər. Əli Kərimli üçün heç bir fərq yoxdur. O adam həm Avropadan, həm Rusiyadan, həm də İrandan da maliyyə ala bilir. Onun bu xarakterini hər kəs bilir. Milli Şuranın son 3 mitinqində böyük əksəriyyəti İran rejiminin təsirində olan qüvvələr idi. Vüqar Niftəliyevin dövlətçilik əleyhinə xaricdə apardığı faktlar mövcuddursa, təbii ki, Azərbaycan hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açmalıdır. Xaricdə yaşamaqla, cinayətdən qaçmaq olmaz".

N.Orduxanlı vaxtı ilə separatçı “respublikanın” rəhbərliyində təmsil olunan istənilən şəxsin vətən xaini olduğunu da qeyd etdi: “Talış Muğan Respublikası"nın konstitusiya komissiyasının sədri olmuş adam birbaşa dövlətimizə xəyanət etmiş şəxsdir. Bu plana dəstək verən hər kəs vətən xainidir, satqındır! Bütün bunların qarşısını 1993-cü ildə mərhum heydər əliyev aldı. Ataxanəbilovlar, vüqarniftəliyevlər, əlikramhümbətovların100 Əli Kərimli kimi adamla əməkdaşlıq etmələri heç nəyi dəyişməyəcək. Və bu adamları - bir daha qeyd etmək istəyirəm ki - hüquq-mühafizə orqanları ciddi şəkildə nəzarətə götürməlidir".

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR