İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda hərbi bazaya hücumun təşkilatçısı məhv edilib

303 23.01.2019 15:04 Son xəbər A A

Əfqanıstanda silahlı qüvvələrin təlim mərkəzinə hücumun təşkilatçısı aviasiya zərbəsi nəticəsində öldürülüb .

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb. Yanvarın 22-də axşam saatlarında endirilən aviazərbə zamanı daha 7 silahlının məhv edildiyi bildirilir.

Reuters agentliyinin yaydığı məlumata görə, bazar ertəsi günü Əfqanıstanın Vardak əyalətindəki hərbi bazanın qarşısında törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 126 əməkdaşı həlak olub. Rəsmi mənbələr isə azı 36 nəfərin həlak olduğunu, 58 nəfərin yaralandığını bildiriblər. Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı üzərinə götürüb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə birgə əməliyyatlar keçirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR