İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabidə işsizlərə müavinət ödənilməyəcək

946 10.12.2018 20:28 Son xəbər A A

Əbu-Dabi Əmirliyinin hökuməti işsizləri iş axtarmağa sövq etmək məqsədilə onlara ödənilən müavinətləri ləğv etmək niyyətindədir.

“Report” yerli “The National” nəşrinə istinadən xəbər verir ki, İctimai İnkişaf Departamentinin rəhbəri Mügir əl-Xeyli iş təklifindən 3 dəfə imtina edən iş qabiliyyətli şəxslərin işsizlik müavinəti almaq haqqından məhrum ediləcəyini açıqlayıb.

“Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq”, - deyə departament rəhbəri vurğulayıb.

Hazırda işsiz və nikahsız sakinlər üçün müavinətin minimum həddi 6 min BƏƏ dirhəmi, yəni, təqribən, 1600 ABŞ dollarıdır. Evli və övlad sahibi olanlar üçün müavinətin məbləği daha yüksəkdir.

Əbu-Dabi Əmirliyində yerli əhali üçün minimum maaş həddi 10 min dirhəm, yaxud 2700 ABŞ dollarıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR