İnsanlara hürriyət, millətlərə istiqlal!

Obamadan avropalılara xəbərdarlıq

2412 08.11.2014 11:30 Dünyanın bu üzü A A

ABŞ Prezidenti Barak Obama Berlin divarının sökülməsinin 25 illiyi münasibətilə Almaniyanı təbrik edib.
 
Axar.az xəbər verir ki, təbrik Ağ Evin saytında yerləşdirilib.
 
“Bütün amerikalılar kimi mən də heç vaxt Şərqi Berlin əhalisinin küçələrə çıxıb ailələri, dostları və azad dünyanı bir-birindən ayıran divarı uçurmasını unutmayacağam”, - Obama bildirib.
 
Obama Berlin divarının yıxılmasını azadlıq uğurunda mübarizənin rəmzi adlandırıb.
 
Prezident çıxışı zamanı avropalıları yeni təhlükələrə qarşı birgə çıxmağa çağırıb:
“Rusiyanın Ukraynaya hücumu bizə onu xatırlatdı ki, tam azad və dinc Avropa görmək üçün çoxlu iş görməliyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR