İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünya Azərbaycanlılarının Köln Forumu” keçiriləcək

1002 03.11.2016 12:13 Dünyanın bu üzü A A
Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə 4 fevral 2017 –ci ildə “Dünya Azərbaycanlılarının Köln Forumunu” keçiriləcək. Bu haqda məlumat verən DAA-nın prezidenti Rəşad Quliyev bildirmişdir ki, tədbir Almaniyanın Köln şəhərində təşkil olunacaq. 

Assambleyanın prezidenti bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcək. Forumun ilk iki saatında “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi)adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turist bölgələrinin təqdimatı olacaqdır. 
Daha sonra bu il almanların Azərbaycana köç etməsinin 200 illi tamam olduğu üçün forumda həmin hadisəyə həsr olunan film nümayiş olunacaq.  Bundan başqa, “Mədəniyyətlər və dinlərarası dialoq : Azərbaycan nümunəsi” mövzusunda müzakirələr nəzərdə tutulub. Forumda müzakirə olunacaq digər məsələlər bunlardır:
 Dünya Azərbaycanlılarının durumu , problemləri , onların həlli yolları, qarşıda duran vəzifələr. Gürcüstan, İran, Dərbənddə, İraqda,  eləcədə başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti;
 Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi;
 DAA – nın  fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi. 
Tolantıya Azərbaycan hökumət nümayəndələri, Diaspora Komitəsi rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri  də dəvət olunacaqlar. 
Bu forumun digər məqsədi dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına tövhə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir. 
Fürsətdən istifadə edib ,  dünyaya səpələnmiş həmvətənlilərimizə müraciət edərək forumumuza dəvət edir , iştirak etmək istəyəcəkləri halda təşkilatımızın rəsmi e.mail ünvanına yazmaları, müraciətlərini göndərmələrini təklif edirəm.
world.azerbaijanis.assembly@gmail.com
Forumun Assambleyanının güclənməsinə , ölkəmizin tanınmasına tövhə vermək istəyənlər üçün yaxşı fürsət olacağını düşünürəm.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR