İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terrorçunu həbs etmək üçün metro stansiyaları qapadılıb

3082 11.01.2017 18:00 Dünya A A
Türkiyənin “Reina” gecə klubunda qətliam törədən terrorçunun metronun Bağcılar stansiyasında olduğu xəbəri polisi hərəkətə gətirib.

Musavat.com “DHA” agentliyinə istinadən xəbər verir ki, bölgəyə çox sayda polis əməkdaşı göndərilib. Hadisə ilə bağlı Kirazlı stansiyası bağlanıb. Metro səfərləri dayandırılıb. Stansiya ətrafında və içərisində axtarışlar davam etdirilir.

Qeyd edək ki, Abdulqadir Maşaripov adlı terrorçunun gecə klubunda törətdiyi teraktda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb.
 
Aygün SƏFƏRLİ,
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR