İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Kreml əlaqələri: skandallar hələ qabaqdadır...

4002 12.01.2017 12:46 Dünya A A





ABŞ kəşfiyyatı Trampın müşavirlərinin Rusiya agentləri ilə əlaqədə olduğunu yoxlasa da, qəti bir şey söyləməyə tələsmir.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın yeni seçilən prezidenti üçün təhlükəli iddialar Böyük Britaniyanın xarici kəşfiyyat idarəsi Mİ-6-ın bir əməkdaşının Tramp haqqında kompromat dolu dosyesində yer alıb. 

ABŞ-ın BuzzFeed News saytı həmin 35 səhifəlik PDF faylı yayımlamağa özündə cəsarət tapıb.

Saytın bu iddiaları Trampı nə qədər qəzəbləndirdiyini görmək üçün yeni prezidentin mətbuat konfransına nəzər salmaq kifayətdir.



D. Tramp. BuzzFeed News-ın iddialarını rüsvayçılıq və ağ yalan adlandıraraq saytın, həmçinin saytın yaydığı məlumatla bağlı reportaj verən  CNN kanalının müxbiri Cim Akostanın verdiyi sualları kobud şəkildə cavablandırmağı rədd edib.

Suallarında israr edən jurnalist isə Ağ Evin yeni mətbuat katibi Şon Spayser tərəfindən mətbuat konfransından qovulmaqla hədələnib.

Картинки по запросу Шон Спайсер

“Bu böyük rəzillik, yalan və saxta bir məlumatlardır, zibil yığınından başqa bir şey deyil. Bu total şəkildə həyata keçirilən siyasi cadugər ovudur. BuzzFeed bunu ağır nəticələrlə ödəyəcək”, - Donald Tramp mətbuat konfransından öncə yaydığı tivitlə xəbərə od püskürüb.

“ABŞ kəşfiyyat xidməti və FTB-nın etibarlı qaynaqlarının sözlərinə görə,  bu məlumatlar hansısa qərb dövlətinin keçmiş əməkdaşı tərəfindən toplanılıb”, The Wall Street Journal xəbəri belə təqdim edib.

Картинки по запросу FBI

Həmin məlumatlara əsasən, Rusiya hökumətinin agentləri Donald Trampın seçkin qərargahının müşavirləri ilə hərtərəfli müzakirələr aparıblar.

Bundan başqa həmin dosyedə Rusiyanın Trampı şantaj etmək üçün xüsusi materiallara malik olduğu yer alıb.

Rəsmi şəxslərin qəzetə verdiyi məlumata görə, bu cür məlumatlar Barak Obamanın da masasının üstünə qoyulub.

Məlumatda Donald Trampın vəkili Maykl Koenin keçən ilin avqustunda Kremlin rəsmi şəxsləri ilə Çexiyanın paytaxtı Praqada görüşdüyü, habelə həmin adamlarla Hillari Klintonun kampaniyasına zərər vuracaq hakerlərə ödəniləcək məbləği müzakirə etdiyi də yazılıb. 

Lakin FTB bu görüşün baş tutduğunu rəsmi şəkildə təsdiq etməyib.

Koen özü isə görüşlə bağlı bütün iddiaları rədd edir.

Dosyedə başqa maraqlı məqamlar da var: “Xidməti qeydlərdə Donald Trampın yüngül əxlaqlı qadınlarla cinsi əlaqədə olduğu və rusların bununla bağlı informasiyaların şantaj məqsədilə ehtiyatda saxlanıldığı da yazılır”, məqalədə qeyd edilir.

“ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı diskussiyalar gözlənilməz şəkildə yeni şəkil almağa başlayıb”, İsveçrənin Sueddeutsche Zeitung qəzetinin siyasi icmalçısı Matias Kolbun yazısında bildirilir.

Картинки по запросу Sueddeutsche Zeitung

Qəzetin yazdığına görə Donald Trampa qarşı Moskvanın əlində kompromatlar olduğu barədə iddialar artıq ciddiləşib. Məqalədə ABŞ Milli kəşfiyyat idarəsinin rəhbəri Maykl Klepperin bu barədə həm Trampa, həm  də Obamaya xəbər verildiyi yer alıb.
Qəzetdə məlumatı toplayan şəxsin on illərdir Rusiyada və postsovet məkanında fəaliyyət göstərdiyi və kəşfiyyat sistemində böyük hörmətə və yüksək reputasiyaya malik olduğu da göstərilib.

Matias Kolb da Kremlin əlində Trampa qarşı seksual xarakterli materiallar ola biləcəyini vurğulayıb.

Hazırda Amerikanın bir nömrəli gündəmi sayılan və bütün diqqətləri özünə cəlb etməyi bacaran BuzzFeed-in baş direktoru Cona Peretti isə dosyedə göstərilən məlumatların doğru olduğunu təsdiq edərək, bununla bağlı xəbəri buraxan baş redaktor Ben Smiti dəstəklədiyini açıqlayıb.

Amerikanın Business Insider nəşrinin jurnalisti Oliver Darsiyə verdiyi müsahibədə Peretti bu xəbərdən sonra yeni administrasiya ilə münasibətlərinin mürəkkəb olacağını söyləyib.

The New York Times-ın yazdığına görə, Buzz feed-in əldə etdiyi məlumat iki səhifəlik rezüme şəklində CNN-də yayınlansa da kanal onu tam şəkildə yaymaqdan imtina edib. 

Bundan dərhal sonra isə BuzzFeed jurnalist praktikasına zidd olaraq ABŞ-ın yeni seçilən prezident haqqında ittihamları tam əks etdirən həmin dosyeni bütövlükdə yayımlayıb.

The Washington Post-ın yazarı Erik Uempl isə Buzzfeed-in “Qoy oxucular özləri qərar versin” prinsipi ilə hərəkət etdiyini bildirib. 

Müəllif təsdiq edilməmiş və jurnalist araşdırması aparmadan sənədin bu şəkildə dərc olunmasının doğru olmadığını da qeyd edib.

Vaqif Hüseyn
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR