İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ-ın Trans-Sakit Okean Əməkdaşlığından çıxmasına dair fərman imzalayıb

1332 23.01.2017 22:26 Dünya A A
ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Əməkdaşlığından çıxmasına dair fərman imzalayıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Əməkdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.
 
Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.
 
Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür. 
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TTP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR