AZ RU
Tramp: “ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir” - VİDEO
BÖLÜM: Dünya
YAYIM TARİXİ: 11 Yanvar 2017 21:25
Tramp: “ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir” - VİDEO

“ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir”.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.
 
“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr  və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.
 
O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.



ŞƏRHLƏR
ŞƏRH YAZ
Şərh yoxdur
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2016
Рейтинг@Mail.ru