İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçunun tutlmasında diqqət çəkən detal...

12432 17.01.2017 04:50 Dünya A A
Yeni il gecəsi İstanbulun “Reina” gecə klubunda 39 nəfərin ölümünə səbəb olan terrorçunun tutulması ilə bağlı yeni məqamlar üzə çıxıb. 

Musavat.com-un məlumatına görə, terrorçu bir müddətdir ki, izlənilirmiş. Təhlükəsizlik qüvvələri İŞİD üzvü olan terrorçunun başqa birinə zəng etməsini gözləyirmiş ki, bu da baş verib. Terrorçu və zəng etdiyi həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən tutulub. 

Polis qaynaqlarından əldə edilən məlumata əsasən, İstanbulun Esenyurd səmtində yerləşən binanın 5-ci mərtəbəsindəki mənzilə basqın edən polislər terrorçunu yatağın altından çıxararaq həbs ediblər. Polislərin evə girdiyini görən terrorçu çarpayının altında gizlənibmiş. 

Terrorçu qətliam törətdiyi "Reina"dan sadəcə 40 km aralıda tutulub. Əməliyyat silahlı insident olmadan başa çatıb. 

Qeyd edək ki, "Reina" qətliamçısı, özbək əsilli Abdulkadır Maşaripov gecə saatlarında İŞİD-in hücrə evlərindən birində həbs edilib. Onunla eyni evdə qalan 3 qadın və iki kişi də saxlanılıb.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR