İnsanlara hürriyət, millətlərə istiqlal!

Tailandda 80-dən çox insan daşqınların qurbanı olub

628 21.01.2017 08:50 Dünya A A
Tailandın cənubunda güclü daşqınlar zamanı ölənlərin sayı 80 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi ölkənin Fövqəladə Halların Aradan Qaldırılması üzrə Departamenti məlumat yayıb. Məlumata görə, ayın əvvəllərindən davam edən daşqınlar nəticəsində daha 4 nəfər itkin düşüb. Təbii fəlakətə səbəb yağıntıların həcminin həddən çox olmasıdır. Sinoptiklər ölkənin cənubundakı 7 vilayətdə növbəti yağıntılar barəsində xəbərdarlıq edirlər. Siam körfəzində güclü dalğalar gözlənildiyindən kiçik gəmilərin sahiblərinə sahildə qalmaq məsləhət görülüb. 

Daşqınlar həmçinin ölkəyə külli miqdarda zərər vurub. Bəzi məlumatlara görə, dəyən ziyan 2,8 milyard dollardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR