İnsanlara hürriyət, millətlərə istiqlal!

Seneqal ordusu Qambiyaya girdi

894 20.01.2017 01:39 Dünya A A

Hərbi qüvvələrimiz Qambiyaya daxil olub.

Axar.az xəbər verir ki, bu sözləri Seneqal Silahlı Qüvvələrinin sözçüsü Abdou Ndaiye deyib.

Bundan əlavə, Nigeriya ordusunun da hazırda qeyri-sabitliyin davam etdiyi Qambiyaya göndəriləcəyi bildirilib.

Xatırladaq ki, bir müddət öncə Qambiyada prezident seçkisi keçirilib. Seçkidə qələbəni müxalifət lideri Adam Barrou qazanıb. Lakin ölkəni 1994-cü ildən bu yana idarə edən Camme seçkidə saxtakarlıq olduğunu və yenidən keçirilməsi gərəkdiyini bildirib. O öz postundan imtina etməyəcəyini açıqlayıb. Afrika İttifaqı və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi isə yanvarın 19-dan etibarən ölkə prezidenti kimi Barrounu tanıyacaqlarını bəyan ediblər.

Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan edib. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci islam respublikası olub. Bu ölkə Afrikanın ən kiçik ölkələrindən sayılır. Ölkənin ordusu 800 nəfərdən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR