İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın maliyyə dayaqlarına – Kiber hücum

945 09.12.2016 20:10 Dünya A A
Rusiya dövlət telekomunikasiya şirkəti “Rostelekom”, ölkənin ən böyük 5 bankı və maliyyə təşkilatlarına DoS hücumlar olub.

Axar.az xəbər verir ki, “Rostelekom”dan verilən açıqlamada hücumların “TCP SYN Flud” tipli olduğu bildirilib.

Dekabrın 5-də baş verən insident zamanı saniyədə 3.2 milyon sorğu göndərilib. Ən uzun çəkən hücum isə 2 saatdan çox davam edib.

Şirkətin Kiber Təhlükəsizlik Mərkəzinin direktoru Müslüm Meclumov hücumların CVMP (TR-069) protokolunu dəstəkləyən cihazlar tərəfindən edildiyini deyib.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti (FSB) ötən həftə Hollandiyada yerləşən Ukrayna hostinq şirkətindən Rusiyanın müxtəlif şəhərlərindəki maliyyə təşkilatlarına kiber hücum olacağını açıqlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR