İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus polisinin novbəti vəhşiliyi

3196 25.11.2014 20:26 Dünya A A

ANS PRESS-in məlumatına görə, Belqorodun hüquq-mühafizə orqanlarının əməkdaşlarının bomju yük yerində aparmasını yerli sakinlər lentə alıb. Bu fakt İnternetə çıxardıldıqdan sonra böyük rezanans doğurub.

Kadrlarda görünür ki, üç polis əməkdaşı bomju maşının yük yerində onlarla getməyə razı salırlar. Əvvəlcə kişi düşünür və sonra yenə də avtomobilin yük yerində getməyə razı olur. Yük yerini bağlayan polislər naməlum istiqamətdə gedirlər.

Çarxın müəllifi bildirir ki, həmin yerin yaxınlığında Daxili İşlər Nazirliyinin şəhər idarəsi yerləşir.

Polis videonun müəlliflərindən və hadisə şahidlərindən ən yaxın bölməyə müraciət etməyi xahiş edib.

“Video üzrə hadisənin necə baş verdiyini müəyyən etmək çətindir. Hal-hazırda xidməti yoxlama aparılır. Onun nəticələrinə görə əməkdaşların hərəkətlərinə qiymət veriləcək. İndi bütün şərait müəyyən edilir”, - deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Belqorod ərazisi üzrə mətbuat xidmətinin əməkdaşı Yevgeni Kamalov bıldirib.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR