İnsanlara hürriyət, millətlərə istiqlal!

Qambiyanın məğlub lideri ölkəni tərk edir

968 21.01.2017 02:50 Dünya A A

Prezident seçkilərində məğlub olan Yəhya Camme ölkəni tərk edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Qambiya Prezidenti Adam Barrou deyib.

Qeyd edək ki, bir müddət öncə Qambiyada prezident seçkisi keçirilib. Seçkidə qələbəni müxalifət lideri Adam Barrou qazanıb. Lakin ölkəni 1994-cü ildən bu yana idarə edən Yəhya Camme seçkidə saxtakarlıq olduğunu və yenidən keçirilməsi gərəkdiyini bildirib. O öz postundan imtina etməyəcəyini açıqlayıb. Afrika İttifaqı və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi isə yanvarın 19-dan etibarən ölkə prezidenti kimi Barrounu tanıyacaqlarını bəyan ediblər. Seneqal ordusu artıq dünən Qambiyaya daxil olub. Ölkə parlamenti də Yəhya Cammeni prezident kimi tanıdığını bildirib.

Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan edib. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci islam respublikası olub. Bu ölkə Afrikanın ən kiçik ölkələrindən sayılır. Ölkənin ordusu 800 nəfərdən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR