İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə görüşdü, indi Qərbi görməyə gedir...

1588 19.01.2017 10:22 Dünya A A
Moldova Prezidenti İqor Dodon fevral ayında Brüsselə səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Dodonun özü Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı söyləyib.

“Bizdə olan ənənəyə görə, ilk növbədə Brüssel, Buxarest və Vaşinqtona getməli idik. Siyahıda Moskva yox idi. Məhz bunun ucbatından bizim xarici siyasətimizdə əyrilik yaranıb. Təəssüf ki, belə alınıb. Mən avropayönlü siyasəti antirusiya, rusiyayönlü siyasəti isə antiavropa xarakterli istiqamət adlandırmıram. Biz Qərblə Şərqə qarşı, ya da Rusiya ilə Qərbə qarşı dostluq edə bilmərik. Bu, bizim kimi balaca ölkələrdə alınmaz”, – Dodon bildirib.

Qeyd edək ki, Dodon rusiyayönlü siyasətçidir. O, ölkəsinin Avropa Birliyi yox, Avrasiya İttifaqı istiqamətində irəliləməsini istədiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR