İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: “Parlament ölkədə dövlət çevrilişi edib”

1463 11.01.2017 14:40 Dünya A A
Parlament ölkədə dövlət çevrilişi edib.

Axar.az xəbər verir ki, bunu dövlət televiziyasında çıxışı zamanı Venesuela Prezidenti Nikolas Maduro söyləyib.

“Prezident kimi mən xahiş edirəm ki, konstitusiyanın pozulmasını cəzasız qoymayasınız. Milli Assambleya dünən qiyamçı manifest qəbul edib”, – deyə, o bildirib.

Qeyd edək ki, dünən Venesuela parlamenti Prezident Nikolas Maduronun səlahiyyətlərini icra edə bilmədiyinə görə istefaya getməsi haqda qərar qəbul edib. Qərarın lehinə 106 deputat səs verib. Hökumətyönlü deputatlar isə səsvermədən əvvəl zalı tərk ediblər. Parlamentarilər ölkə konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.

Artıq Venesuela Ali Məhkəməsi parlamentin Prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR