İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Ukraynada vurulan “Boinq”dən danışdı

1407 29.09.2016 10:44 Dünya A A
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Malaziya “Boinq 777” sərnişin təyyarəsinin Ukraynada qəzaya uğramasının araşdırılması üçün beynəlxalq təhqiqat qrupunun hesabatını şərh edib.
 
Axar.az BBC-yə istinadən xəbər verir ki, o, nəticələrin mütləq həqiqət olmadığını iddia edib:
 
“Biz araşdırmaları davam etdirməliyik. Əlimizdə heç bir dəlil yoxdur. Nəticələri mütləq həqiqət adlandırmaq olmaz”.
 
Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Donbas səmasında Malaziyanın vurulub salınan “Boinq 777” sərnişin təyyarəsinin qalıqları arasından Rusiyaya məxsus “Buk” raket sisteminin parçaları tapılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR