İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun yeni rəhbəri: "Heç bir ölkə öz təhlükəsizliyini dostlarının köməyi olmadan təmin edə bilməz"

1902 21.01.2017 09:48 Dünya A A
ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettis Vaşinqtonun müttəfiqləri ilə münasibətlərini möhkəmləndirməsinin vacibliyindən danışıb. 

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yeni nazirin Pentaqonun əməkdaşlarına ünvanladığı və qurumun rəsmi saytında dərc olunan müraciətində bildirilir.

”Hər hansı bir ölkənin öz təhlükəsizliyini dostlarının köməyi olmadan təmin edə bilmədiyini bəyan edərək biz Dövlət Departamenti ilə birlikdə ittifaqda olduğumuz dövlətlərlə münasibətlərimizin möhkəmləndirilməsi uğrunda çalışacağıq”,- müraciətdə belə deyilir.

Bundan başqa yeni müdafiə naziri başçılıq idarəyə ayrılan bir dolların belə boşa getməyəcəyini vəd edib. 

“Biz bununla Konqresin və amerikan xalqının etimadına layiq olacağıq”, müraciətdə qeyd edilir.

Musavat.com
.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR