İnsanlara hürriyət, millətlərə istiqlal!

Nura həmkarlarını tənqid etdi: 'Özünüzü ucuz tutmayın'

1387 25.08.2016 21:28 Dünya A A
Müğənni Nura Suri sosial şəbəkədə  ödənişsiz məhsul reklam edən həmkarlarını tənqid edib. 

Musavat.com xəbər verir ki, Nura fikirlərini sosial şəbəkədə bölüşüb: 

“Statusum məşhur dostlarımadır. Özünüzü belə ucuz satmayın. “Facebook” və”İnstagram” şəbəkələrində reklam etdiyiniz şirkətlər sizə ödəniş etməlidir. Tort almağa hamımızın pulu var. 20-30 manatlıq hədiyyə göndərirlər, siz də onları reklam edirsiniz. Məşhur olmaq üçün nə qədər əmək və vəsait xərclədiyinizi unutmayın. Bu gün adınız sizə qazanc gətirməlidir”. 

Qeyd edək ki, milyonlarla izləyicisi olan əcnəbi tanınmışlar şəxsi profillərində müxtəlif markaların məhsullarının səhifələrinin fotolarını paylaşaraq onları reklam edir və bunun qarşılığında müəyyən qonorar alır. Türkiyədə Demet Akalın, Ebru Polat, Ebru Gündeş, Özge Ulusoy və Esra Erol kimi sənət adamları reklamdan qazanc əldə edənlər siyahısındadır. “İnstagram”da 4, “Twitterdə” 5 milyon izləyicisi olan Akalın hər paylaşım üçün 8 min lira alır. 

Azərbaycanlı məşhurlar isə daha çox “barter” ilə məşğuldurlar. Sənətçilər şirkətlərdən pul almadan, onlara hədiyyə olunan məhsulun fotosunu paylaşır. Son zamanlar yerli ulduzlar səhifələrində daha çox şirniyyat və geyim mağazalarını reklam edir.

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR