İnsanlara hürriyət, millətlərə istiqlal!

Monrealda etirazçılar ABŞ bayrağını yandırıb

886 21.01.2017 05:18 Dünya A A
Kanadanın Monreal şəhərində bu gün rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampa qarşı etiraz aksiyası keçirilib.
 
APA-nın CTV telekanalına istinadən verdiyi xəbərə görə, aksiyada 200-dək etirazçı iştirak edib. Şəhərin mərkəzində yürüş keçirən nümayişçilər ABŞ baş konsulluğunun qarşısında əvvəl Trampın şəkilini, sonra isə ABŞ bayrağını yandırıblar. Aksiya iştirakçıları Trampın bəyan etdiyi miqrasiya siyasəti, onun seçkiöncəsi verdiyi islamofob, ksenofob bəyanatlarını pisləyiblər.
 
Yanvarın 20-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimi keçirilib

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR