İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral villasına görə dənizi hasarladı- Fransa ayağa qalxdı

3310 26.07.2015 18:59 Dünya A A

Yüz mindən artıq fransız hakimiyyətin hərəkətinə qarşı çıxıb. Onlar kral Salmanın Marsel  və Antibes şəhərləri arasında yerləşən villası yaxınlığındakı çimərliyin müvəqqəti bağlanmasına etiraz ediblər. Çimərlik Salmanın üç günlük istirahətə gəldiyinə görə müvəqqəti bağlanılıb.  Bundan əlavə çimərliyə gələnlərə 300 metrdən artıq kralın villasına yaxınlaşmaq qadağan olunub. 

Bir qrup fransız kralın gəlməsiylə bağlı etiraz aksiyası keçirməyə çalışıb. Polis bu etirazın qarşını alıb. Etirazçılar dövlətin qanun qarşısında insanların bərabər hüquqlarını müdafiyə etməsini tələb edib.

Hələ orta əsrlərdə 14-cü Lüdoviq çimərliklərin bütün fransız xalqına məxsus olması barədə fərman imzalayıb. Bəzi tarixçilərin fikrinə görə Lüdoviqin bu qərarı verməsinin əsas səbəbi bəzi feodalların çimərlikləri özəlləşdirilməsinin qarşısını almaq olub.

Valoris şəhərinin  meri Mişel Saluçqi də Fransa prezdenti  Fransua Ollanda məktub yazaraq öz narazılığını bildirib. Merin fikrinə görə, kralın adamları çimərliyin bir hissəsini betonlayıb orada lift quraşdırıblar. Onlar bununla 78 yaşlı kralın villadan çimərliyə qalxıb düşməsini asanlaşdırmaq istəyiblər. Səudiyyə höküməti və minə yaxın onu müşayət edənlər həftənin  şənbə günü 2 “Boinq 747" təyyarəsi ilə Fransanın Nitsa şəhərinə gəliblər. Onların 300 nəfəri kralın villasına, qalanlarını isə şəhərin otelinə yerləşdiriliblər. 

Bu cür münaqişələrlə yüksək rütbəli qonaqlar burada tez-tez rastlaşırlar. Yerli əhalidən biri AFR müxbirinə bildirib ki, artıq qanunsuzluqdan yorulmuşuq. Amma başqa fikirdə olanlar da var. Kann Otellər Assosasiyasının prezidenti  Mişel Şevinon Kralın gəlməyini  şad xəbər adlandırıb, ona görə ki, onlar geniş alıcıq qabiliyyətinə malikdirlər.


Aygün Səfərli,
musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR