İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Fələsitin dövlətini tanıdı

1113 27.02.2015 19:25 Dünya A A
Fevralın 27-də İtaliya parlamenti Fələstin dövlətinin tanınması haqqında qərar qəbul edib. 

Musavat.com-un Reuters-ə istinadən verdiyi xəbərə görə, 300 deputat qərarın lehinə, 45 nəfər əleyhinə səs verib.

Qərar layihəsini parlamentə hakim Demokrat Partiyası təqdim edib. Avropanın bir sıra ekspertləri bildirirlər ki, bu, İtaliya-İsrail münasibətlərinə mənfi təsir edə bilər. 

Avropa ölkələrindən Fələstini dövlət kimi ilk tanıyan ölkə İsveç olub. 

2012-ci ildə isə BMT Baş Assambleyası Fələstinin dövlət olduğunu rəsmiləşdirib. 

Bundan sonra Fransa, İspaniya, Böyük Britaniya və İrlandiya Fələstini müstəqil dövlət kimi tanıyıb.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR